"Abşeron-Şərab" ASC FSSC 22000 Sertifikatını Aldı
Məmnuniyyətlə bildiririk ki, ABŞERON- ŞƏRAB ASC beynəlxalq auditi uğurla tamamlayaraq Food Safety System Certification 22000 (FSSC 22000, Versiya 6) sertifikatını əldə etmişdir — bu sertifikat qida təhlükəsizliyi sahəsində dünyanın aparıcı standartlarından biridir.
Sertifikat təsdiq edir ki, bizim istehsal proseslərimiz, keyfiyyətin idarə edilməsi sistemi və təhlükəsizlik nəzarəti ISO 22000:2018, ISO/TS 22002-1:2009 və FSSC 22000-in əlavə tələblərinə tam uyğun gəlir.
Sertifikatın əhatə dairəsi:
Alkoqollu içkilərin istehsalı (araq, şərab, qazlı şərab, brendi, viski, likörlər), şüşə butulkalarda və super-paketlərdə qablaşdırılması.
Kateqoriya CIV — Ambient Stable Products (Xarici təsirlərə davamlı məhsulların ) emalı.
Sertifikat TÜV CYPRUS LTD tərəfindən 20 oktyabr 2025-ci il tarixində keçirilmiş geniş audita əsasən verilib və 19 oktyabr 2028-ci il tarixinədək qüvvədədir.
FSSC 22000 sertifikatının alınması məhsullarımızın yüksək keyfiyyətinə və beynəlxalq qida təhlükəsizliyi standartlarına sadiqliyimizi bir daha təsdiq edir.