Uğur hekayəsi: Belarusdan mükafatlarla qayıtdıq!
14–17 noyabr tarixlərində Belarus Respublikasının Minsk şəhərində 29-cu Beynəlxalq ixtisaslaşmış topdansatış sərgi-yarmarkası “PRODEXPO-2023” keçirilmişdir.
Abşeron-Şərab ASC-nin məhsulları bu böyük tədbirdə yüksək qiymətləndirilmişdir. Qida məhsullarının keyfiyyəti üzrə beynəlxalq dad testi müsabiqəsində şirkət bir neçə nüfuzlu mükafat qazanmışdır.
-
"İvanovka Bağları 1954" konyakları müxtəlif qalma müddətləri üzrə münsiflər heyəti tərəfindən təltif edilib:
• 6 illik konyakı— Qran-Pri
• 7 illik konyakı — Qızıl medal
• 8 illik konyakı — Qızıl medal -
"İvanovka Bağları 1954" şərabları ənənələrə sadiqliyə görə laureat diplomu alıb:
• Ağ Süfrə — ağ turş
• Mədərsə — qırmızı turş
• Kəmşirin — qırmızı kəmşirin
• Saperavi — qırmızı turş -
"Abşeron-Şərab Şardone", ağ turş şərabı — Qızıl medal
-
"Gilavar", beş illik viski — Gümüş medal
Bu mükafatlar Abşeron-Şərab ASC-nin məhsullarının yüksək keyfiyyətini, sabit istehsal standartlarını və şirkətin ənənələrə sadiqliyini bir daha təsdiqləyir.
Şirkət zəngin tarix və ustalıqla formalaşmış unikal dadı təqdim edərək, Azərbaycan konyak məhsullarının beynəlxalq arenada tanınmasını genişləndirməyə davam edir.