Абшерон Шараб Гянджа 7 лет
Məhsulun təsviri
«Abşeron Şərab Gəncə» yeddi illik konyak Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 7 il müddətinə yaşlanır.
Adı haqqında
"Abşeron Şərab" ticarət markası, Abşeron yarımadasında yerləşən istehsalçı şirkətin adını daşıyır.
Gəncə Azərbaycanın ən qədim mədəniyyət və inzibati mərkəzlərindən biridir. 1940-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı burada eramızdan əvvəl mövcud olmuş yaşayış məskənlərı aşkar edilmişdir. Şəhərin məşhur memarlıq abidələri dünyanın hər tərəfindən gələn qonaqlar və turistləri öz monumentallığı və sənətkarlığı ilə cəlb edir.
Etiket
Etiket qızılı gel detalları ilə bəzədilmiş yüksək keyfiyyətli qəhvəyi kağızdan hazırlanmışdır. Bu, məhsulun premium statusunu əks etdirir və onun yüksək keyfiyyətini vurğulayır.
Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar
- Aroma: palıd, meyvə və vanil notları ilə.
- Dad: balanslanmış dadı dolğun və eyni zamanda yumşaq və zəngindir.
- Buketi bal və vanil nüansları ilə tamamlanan palıd və fındıq notlarından ibarətdir.
- Servis: desertlərlə və ya digestif kimi tövsiyə olunur
- Etil spirtinin kütlə payı: 40%
- Həcm: 500 ml
- Barkod: 4760019808184
Şirkət haqqında
1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan