Baku Diamonds 6 лет
Məhsulun təsviri
Altı illik konyak Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 6 il müddətinə yaşlanır.
Adı haqqında
Baku Diamonds adı Azərbaycanın paytaxtının parlaqlığını və əzəmətini təcəssüm etdirir, dəbdəbə, zəriflik və çoxəsrlik sənətkarlıq ənənələrini özündə birləşdirir. Bu ad, Şərq qonaqpərvərliyinin müasir incəliklə vəhdət təşkil etdiyi Bakının ruhunu ifadə edir.
Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar
- Rənq: Mis-qızıl
- Dadı: Zəngin buketində vanil notları üstünlük təşkil edir. Yumşaq, parlaq və məxməri uzunmüddətli dada malikdir.
- Etil spirtinin kütlə payı: 40%
- Həcmi: 500 ml
- Barkod: 4760019808412
Şirkət haqqında
1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan
