IV Qara Dəniz Şərabçılıq Forumun 2017-nin qalibləri
"Abşeron- Şərab" ASC istehsal etdiyi şərablar IV Qara dəniz Şərabçılıq Forumunda keçirilən “Qara dəniz şərabları” müsabiqəsində medallar qazanıb.
IV Qara dəniz Şərabçılıq Forumu (QŞF) OIV (Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı) himayəsi altında, RF-nın Kənd Təsərrüfatı Nazirliyinin informasiya dəstəyi və Rusiyanın Üzümçülər və Şərabçılar İttifaqının dəstəyi ilə Moskva şəhərində keçirilir.
QŞF regionda ixtisaslaşmış geniş miqyaslı tədbir hesab olunur. Forum çərçivəsində şirkətlərin məhsullarının sərgisi, konfrans, Forumda iştirak edən şirkətlərin master klass və təqdimatları; köpüksüz və köpüklənən şərablar, konyak və “Qara dəniz şərabları” üzüm xammalı əsasında hazırlanan digər tünd spirtli içkilər üzrə müsabiqələr keçirilir.
Müsabiqənin dequstasiya komissiyasına dequstasiya komissiyalarının təşkili və onlarda iştirak sahəsində geniş təcrübəyə malik regionun 7 ölkəsindən ekspertlər və aparıcı beynəlxalq müsabiqələrin münsiflər heyəti daxil edilib.
Müsabiqədə 11 ölkədən 51 şirkətin 324 nümunəsi təqdim olunmuşdur.