Bison's Mystery – Premium Vodka-nın yeni standartı

Bison's Mystery – Premium Vodka-nin yeni standarti

"Abşeron-Şərab" ASC premium keyfiyyəti və fərqli dizaynı özündə birləşdirən yeni Vodka Bison's Mystery məhsulunu təqdim edir.

Alfa tipli yüksək keyfiyyətli taxıl spirti və əks-osmos üsulu ilə təmizlənmiş içməli sudan hazırlanan Vodka Bison's Mystery çoxpilləli filtrasiya prosesindən keçir. Bu texnologiya məhsula kristal təmizlik, məxməri yumşaqlıq və balanslaşdırılmış dad bəxş edir.

Məhsulun premium xarakterini eksklüziv dizayn tamamlayır. Üzərində relyefli bizon təsviri əks olunan mavi rəngli şüşə və eleqant hədiyyə qutusu brendin fərqləndirici üslubunu və seçkin xarakterini ön plana çıxarır.

Vodka Bison's Mystery yüksək keyfiyyətin, zərifliyin və müasir dizaynın harmonik vəhdətidir. Hər detalı incə zövqə və premium keyfiyyətə dəyər verənlər üçün düşünülmüşdür.