Premium seqmentində yeni brend – Bison’s Mystery 5 Years Old.

Premium seqmentinde yeni brend – Bison’s Mystery 5 Years Old.

“Abşeron-Şərab” ASC premium spirtli içkilər portfelini yeni Bison’s Mystery 5 Years Old brendisi ilə genişləndirib.

Ən azı beş il palıd çəlləklərində yetişdirilmiş üzüm distillatlarından hazırlanan brendi yumşaq və harmonik dadı, zəngin ətri və nəcib kəhrəba rəngi ilə seçilir.

Relyefli bizon təsvirli şüşə və zərif hədiyyə qutusu məhsulun premium xarakterini vurğulayır və onu həm şəxsi kolleksiya, həm də xüsusi günlər üçün dəyərli hədiyyə seçiminə çevirir.

Bison’s Mystery 5 Years Old hazırda ixrac bazarları üçün istehsal olunur və şirkətin beynəlxalq tərəfdaşlarına təqdim edilir.