Dastan 3 года

«Dastan 3 года» ("Dastan 3 illik) Azərbaycanda yetişdirilən seçilmiş Rkatsiteli üzümlərindən klassik texnologiya ilə istehsal olunan yüksək keyfiyyətli şərab distillatlarının qarışığından hazırlanır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 3 il müddətinə saxlanılır.

Orqanoleptik xüsusiyyətləri: qızılı rəngə, palıd və qoz çalarları ilə ahəngdar buketə, xoş uzunmüddətli yumşaq dada malikdir. Həzmedici kimi tövsiyə olunur.

Etil spirtinin kütlə payı: 40%, həcmi: 500 ml

Adı haqqında: Dastan – Mərkəzi Asiya, İran, Türkiya və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri.

Şirkət haqqında: 1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.