Абшерон ХО 8 лет

Məhsulun təsviri

"Abşeron XO Səkkiz illik" brendi - Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 8 il müddətinə yaşlanır.

Adı haqqında

Abşeron — Azərbaycanda Xəzər dənizinin qərb sahilində yerləşən yarımadadır. Azərbaycanın paytaxtı Bakı Abşeron yarımadasında yerləşir.

Qablaşdırma

İçki qızıl naxışlı açıq qəhvəyi rəngli hədiyyə qutusunda istehsal olunur. Orijinal qablaşdırma mükəmməl seçilmiş dizayn materiallarınn sayəsində məhsulun premium statusunu əks etdirir.

Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar

  • Kəhrəba rənginə, zəngin ətirə, qurudulmuş meyvələr, vanil və palıd notları ilə yumşaq, harmonik dada malikdir.
  • Etil spirtinin kütlə payı: 42%
  • Həcmi: 500 ml
  • Barkod: 4760019806784

Şirkət haqqında

1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.