Forest Duck Whisky
- Məhsulun təsviri: FOREST DUCK WHISKY — ən azı beş il palıd çəlləklərində saxlanılmış taxıl və arpa səmənisi distillatlarının qarışığından hazırlanır. Yaşlanma üçün üç növ palıd çəlləyindən istifadə olunur.
- Kateqoriya beşillik dənli viski
- Rəng: zəngin kəhrəba
- Aroma: yumşaq və harmonik, palıd, karamel, vanil və zərif ədviyyat notları ilə.
- Dadı: balanslaşdırılmış və yumşaq, palıd, karamel və incə ədviyyat çalarları ilə. Uzunsürən dad sonluğu isti palıd və zərif vanil notları ilə tamamlanır.
- Qastronomik birləşmələr: qatqısız və ya buzla, həmçinin müxtəlif klassik və müasir kokteyllərin tərkibində istifadə üçün tövsiyə olunur. Süfrəyə verilmə temperaturu: 18–20°C.
- Şirkət haqqında: Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad üzüm qəbulu və emalı müəssisəsi 2003-cü ildən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
- Viskinin istehsalı və ixracına 2012-ci ildə başlanılıb. Bu müddət ərzində “Abşeron-Şərab” ASC-nin istehsal etdiyi viski məhsulları həm daxili, həm də xarici bazarlarda öz seqmentində layiqli yer tutmuşdur.
- Etil spirtinin kütlə payı: 40%
- Həcmi: 500 ml Barkod: 4751045761048
- Həcmi: 700 ml Barkod: 4751045761055
#ForestDuckWhisky #Whisky #Viski #MadeInAzerbaijan #AbsheronSharab #AzerbaijaniWhisky
