Bison’s Mystery
5 illik yetişdirilmiş brendi
Məhsul haqqında
BISON’S MYSTERY zəngin kəhrəba rəngi, yumşaq və ahəngdar dadı, incə palıd çalarları ilə seçilən premium brendidir. Fransız palıd çəlləklərində 5 il ərzində yetişdirilməsi içkiyə dərinlik, balans və özünəməxsus xarakter qazandırır. Zərif dad profili uzunmüddətli və xoş istilik hissi yaradan sonluqla tamamlanır.
Adı haqqında
BISON’S MYSTERY adı gücün, əzəmətin və təbii qüvvənin simvolu olan bizondan ilhamlanıb.
Qablaşdırma
Məhsul bizonun relyef təsviri ilə bəzədilmiş özünəməxsus dizaynlı şüşədə təqdim olunur. Qızılı detallarla tamamlanan tünd qırmızı-qəhvəyi hədiyyə qutusu məhsulun premium xarakterini vurğulayaraq ona zərif və seçilən görünüş bəxş edir.
Xüsusiyyətləri
- Yetişmə müddəti: 5 il
- Tündlüyü: 40%
- Həcmi: 500 ml
- Barkod: 4751045760386
Şirkət haqqında
Əsası 1967-ci ildə qoyulmuş "Mehdiabad Üzüm Emalı Müəssisəsi" 2003-cü ildə yenidən “Abşeron-Şərab” ASC kimi dövlət qeydiyyatına alınıb. Müəssisə Sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
2007-ci ildən etibarən istehsal bazamızı təkmilləşdirərək, hazır məhsulların istehsalından xammalın emalına qədər bütün dövri əhatə edirik. Şirkətimiz bugün şərab, brendi, viski, meyvə arağı, cin, likörlər, Calvados kimi geniş bir spirtli içki seçimi təklif edir.
Özəl hədiyyə
BISON’S MYSTERY xüsusi günlər üçün əla hədiyyə seçimidir.
#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan
