Dastan 6 years
«Dastan 6 years» ("Dastan 6 illik”) Azərbaycanda yetişdirilən seçilmiş Rkatsiteli üzümlərindən klassik texnologiya ilə istehsal olunan yüksək keyfiyyətli şərab distillatlarının qarışığından hazırlanır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 6 il müddətinə saxlanılır.
Orqanoleptik xüsusiyyətləri: qızılı-kəhrəba rənginə, şirin qurudulmuş ərik, gavalı və ədviyyatlı vanilin eyhamları ilə mürəkkəb aromaya malikdir. Şokolad çalarları ilə uzun müddətli dad dolğunluq və harmoniya yaradır.
Etil spirtinin kütlə payı: 40%, həcmi: 500 ml
Adı haqqında: Dastan – Mərkəzi Asiya, İran, Türkiya və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri.
Şirkət haqqında: 1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.
Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.