Natural Zoğal
«Natural Zoğal» arağı
- Azərbaycanın milli tünd spirtli içkisi sayılan "Araq" zoğal, tut və ya digər meyvə distillatlarından hazırlanır. "Araq" sözünün mənası “ağ içki” deməkdir. "Araq" adətən ənənəvi taxıl vodkalardan daha tünd olur. İşıqda şəffaf olan içkinin teksturası stəkanın divarlarında yağlı “göz yaşları” əmələ gətirir ki, bununla da yalnız çox yaxşı konyaklar öyünə bilər.
- «Natural Zoğal» arağı Azərbaycanın Şəki və Qax dağ rayonlarında yetişdirilən zoğaldan hazırlanır. Bir litr zoğal arağı hazırlamaq üçün 35 kq əl ilə yığılmış giləmeyvə lazımdır.
- Tərkibi: "Natural Zoğal" arağın istehsalında əks osmos sistemi ilə təmizlənmiş su və zoğal distilləsindən istifadə olunur.
- Orqanoleptik xüsusiyyətləri: kristal təmiz, şəffaf rəngə, xarakterik balanslaşdırılmış zoğal ətirinə, zəngin, eyni zamanda yumşaq və zərif uzunmüddətli dada malikdir.
- Qida uyğunluğu: Ət və un xörəkləri, qış şorbaları və qızardılmış quzu əti ilə mükəmməl uyğunlaşır. Xəngəl, xaş və düşbərə kimi milli xörəklərin dadını mükəmməl şəkildə tamamlayır.
- Etil spirtinin kütlə payı: 50 %
- Həcmi 500 ml - barkod 4760019 800126