Sumax 7-Year-Old

Məhsulun təsviri

«Sumax 7-Year-Old» - yeddi illik konyak -- Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 7 il müddətinə yaşlanır.

Adı haqqında

“Sumax” son əsrlərdə geniş yayılmış ən maraqlı xalça növlərindən biridir. Özünəməxsus çətin bir texnika ilə toxunan “Sumax” xalçalarının fərqləndirici xüsusiyyəti onların zəngin kompozisiyası və rəngidir.

Bu xalçalar rəngarəng bitki motivləri, böyük altıbucaqlı, kvadrat və romb formalı medalyonlar kimi həndəsi elementlərlə fərqlənir. "Dolan-qaç" adı ilə tanınan ənənəvi naxış, həmçinin bütün “Sumax” xalçalarında tətbiq olunan dalğavari naxışlı çox kiçik haşiyədir.

Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar

  • Aroma: palıd, meyvə və vanil notları ilə.
  • Dad: balanslanmış dadı dolğun və eyni zamanda yumşaq və zəngindir.
  • Buketi bal və vanil nüansları ilə tamamlanan palıd və fındıq notlarından ibarətdir.
  • Servis: desertlərlə və ya digestif kimi tövsiyə olunur
  • Etil spirtinin kütlə payı: 40%
  • Həcm: 500 ml
  • Barkod: 4760019805398

Şirkət haqqında

1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.

video

#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan