Gilavar 5yrs Whiskey
- Məhsulun təsviri: «Gilavar» viskisi — ən azı beş il palıd çəlləklərində saxlanılmış yüksək keyfiyyətli taxıl və səməni distillatlarının qarışığından hazırlanır. Yaşlanma üçün üç növ palıd çəlləyindən istifadə olunur.
- Viskinin istehsalı və ixracı: «Gilavar» 2012-ci ildə “Abşeron-Şərab” ASC-nin müəssisəsində istehsal edilmiş və Belarus Respublikasına ixrac olunmuş ilk viskidir. Bu müddət ərzində “Abşeron-Şərab” ASC tərəfindən istehsal olunan viskilər həm daxili, həm də beynəlxalq bazarlarda öz seqmentində layiqli yer tutmuşdur.
- Kateqoriya: beşillik dənli viski
- Rəng: qızılı kəhrəba
- Aroma: parlaq, tüstü və qurudulmuş meyvə notları ilə.
- Dadı: ədviyyat və palıd notları ilə yumşaq, balanslaşdırılmış və istiləşdirici.
- Qastronomik birləşmələr: qatqısız və ya buzla, həmçinin müxtəlif klassik və müasir kokteyllərin tərkibində istifadə üçün tövsiyə olunur. Süfrəyə verilmə temperaturu: 18–20 °C.
- Şirkət haqqında: Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad üzüm qəbulu və emalı müəssisəsi 2003-cü ildən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.
- Etil spirtinin kütlə payı: 40%
- Həcmi: 250 ml Barkod: 4760019801741
- Həcmi: 500 ml Barkod: 4780019801246
- Həcmi: 750 ml Barkod: 4780019801338
#GilavarWhiskey #Gilavar #Whiskey #Viski #AzerbaijanWhiskey #MadeInAzerbaijan #AbsheronSharab #AzerbaijaniWhiskey