Simurq 6-Year-Old

Məhsulun təsviri

«Simurq 6-Year-Old» - altı illik konyak -- Azərbaycanda yetişdirilən Rkatsiteli üzümünün distillatlarının qarışığından hazırlanmışdır. Distillatlar köhnə Fransız palıd çəlləklərində ən azı 6 il müddətinə yaşlanır.

Adı haqqında

Qədim İran mifologiyasına görə Simurq Kaf dağında yaşayan iri quşdur. Onu cənnət quşu da adlandırırlar. Simurq quşunun obrazına Azərbaycan nağıllarında da rast gəlmək olar. Rəvayətə görə, bu quş tüklərinin bir hissəsini qohumlarına və kasıblara paylayır ki, lazım gələrsə, lələyi yandıraraq onu köməyə çağırsınlar. Azərbaycan mifologiyasında bu quş yaxşılığı, yeni həyatı və dirçəlişi simvollaşdırır.

Orqanoleptik xüsusiyyətləri və Spesifikasiyalar

  • Rənq: Mis-qızıl
  • Dadı: Zəngin buketində vanil notları üstünlük təşkil edir. Yumşaq, parlaq və məxməri uzunmüddətli dada malikdir.
  • Etil spirtinin kütlə payı: 40%
  • Həcmi: 500 ml
  • Barkod: 4760019805367

Şirkət haqqında

1967-ci ildə yaradılmış Mehdiabad üzüm emalı müəssisəsi 2003-cü ildən yenidən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Müəssisə sovet dövründən zavodun zirzəmilərində saxlanılan köhnə şərab distillələrinin unikal ehtiyatına malikdir.

Bu gün “Abşeron-Şərab” ASC Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir.

video

#KarabakhisAzerbaijan #absheronsharab #madeinazerbaijan